dovşana deyir: “qaç”, tazıya deyir: “tut”*

1. an instigator подстрекатель, натравливающий одного против другого; 2. a double faced advice (tactic of befriending with both adversaries) слуга двух господ
Doşab alıb, bal çıxıb.
Dovşana “qaç” deyir, tazıya - “tut”.
OBASTAN VİKİ
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Gizlən qaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Qaç, Melos!
Qaç, Melos! (走れメロス, Haşire Merosu) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış novella. İlk dəfə 1940-cı ildə nəşr olunmuşdur. Yaponiya məktəblərində oxu materialı kimi tədris olunur. Novellanın əsas mövzusu dostluğa olan inamdır. == Məzmun == Melos ədalət anlayışı yüksək olan gənc, sadəlövh çobandır. O, insanlara güvənmədiyi üçün ailə üzvləri daxil olmaqla bir çox insanı öldürmüş tiran kral Dionisin torpaqlarında yaşayır. Melos kralın əməllərindən xəbər tutanda qəzəblənir və ona sui-qəsd təşkil etmək qərarına gəlir. Gizli şəkildə kralın Sirakuzda yerləşən qəsrinə daxil olsa da, yaxalanır və kralın hüzuruna gətirilir. Melos kralı öldürməyi planlaşdırdığını etiraf etsə də, kiçik bacısının toyunu təşkil etmək üçün edamının 3 günlüyünə təxirə salınmasını xahiş edir.
Qaç, Lola, qaç (film, 1998)
Qaç, Lola qaç (alm. «Lola rennt»‎) — alman kinorejissoru Tom Tıkverin filmi. Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir. Lolanın (Franka Potente) boyfriendi Manni (Moritz Bleibtreu) qaçaqmalçılıq sazişi bağlayır və o 100 min markanı boss Ronniyə çatdırmalıdır. Lola motorollerlə onu təyin olunmuş yerə özü aparacağını söz verir. Amma motorolleri oğurlayırlar və o metro ilə getməli olur. Burada Manni həlledici bir səhv eləyir — o pulla dolu paketi metroda qoyur. O tez taksofona girərək Lolaya zəng vurur və ona başa salmağa çalışır: əgər həmin pulları əldə edə bilməzsə, onu öldürəcəklər.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tut arağı
Tut arağı — Zaqafqaziyanın bir sıra regionları üçün ənənəvi olan güclü spirtli içkidir. Bu fermentləşdirilmiş tut şirəsinin distillə məhsuludur. Alkoqolun miqdarı 40–80% arasındadır. İçkinin bəzi növləri bir neçə il çəlləkdə saxlanılır. Tut arağı Zaqafqaziya regionunun böyük bir hissəsi, xüsusən Azərbaycan üçün ənənəvi içkidir. Tarixən Qarabağ tut meyvəsindən arağın ən aktiv istehsal olunan ərazilərindən biri olmuşdur: tut arağının xeyli sayda sənaye və ev istehsalı növləri var ki, burada istehsal olunur . Tut arağının hazırlanma tarixi əsrlərlə ölçülür. Onun istehsalının həcmində bir qədər azalma 19-cu əsrdə rus arağının o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olan müvafiq Zaqafqaziya ərazilərində geniş yayılmasından sonra baş verdi. Buna baxmayaraq, həm Ermənistanda, həm də Azərbaycanda tut ağacından hazırlanan ənənəvi güclü içki çox geniş yayılmışdır. Maraqlıdır ki, bu ölkələrin sakinləri çox vaxt ona müalicəvi xüsusiyyətlər aid edirlər .
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tut ağacı
Tutağacı (Mahnişan)
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul. Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir..
Tut ağacı (Soyuqbulaq)
Tut ağacı (fars. توت اغاج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (38 ailə).
Tut qalxanlı yastıcası
Tut çanaqlı yastıca
Bacarırsansa Tut Məni
Bacarırsansa Tut Məni (ing. Catch Me If You Can) — 2002-ci ildə Frenk Ebiqneyl-ın həyat hekayəsi əsasında çəkilmiş komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan film, 19 yaşlı dahi Frenk Ebiqneyl-ın özünü Pan American World aviaşirkətində pilot kimi göstərərək çox milyon dollarlıq çek fırıldaqçılığı etdiyindən bəhs edir. Corciyada həkim və Luizianada prokuror. Ebiqneyl rolunu Leonardo DiKaprio canlandırsa da, filmin digər mühüm aktyorları Tom Henks, Kristofer Uolken, Emi Adams, Martin Şin və Nathalie Bayedir.
Dolu Kadehi Ters Tut
Dolu Kadehi Ters Tut (hərf. Dolu qədəhi tərs tut) qısaca DKTT — 2014-cü ildə vokalist Uğurhan Özay və gitarist Mürsel Oğulcan Ava tərəfindən qurulan və bu 2 nəfərdən ibarət pop-rok və alternativ rok qrupu. Qrupun işlərinə hazırda 5 studya albomu, 5 mini-albom, 25 sinql, 16 videoklip daxildir.
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.